DÇ-2022: Mərakeş yarımfinalda

21:19 10.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Hafta.az xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i başa çatıb.

Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. “Əl Tumama” stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib. 

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final mərhələsi

10 dekabr

Mərakeş - Portuqaliya - 1:0 
Qol: En Nesiri42
Qırmızı vərəqə: Keddira, 90+3 (Mərakeş)

Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu